Günün ikinci yarısı 4-cü modul keçirildi.Bu modulda əsasən qiymətləndirməyə yer verilmişdir. Qiymətləndirmənin strategiyalarını və üsullarını iştirakçılarla müzakirə edildi.Qiymətləndirmənin üsul və vasitələrini ayırd edərək mövzumuza uyğun üsul və vasitə seçildi.Yeni versiyada qiymətləndirməyə daha geniş yer verilmişdir.Köhnə təlimimizdə adətən Şagird təqdimatı, nəşr və veb sayt qiymətləndirildiyi halda yeni versiyada isə şagird demək olar ki layihə boyu bürün mərhələlərdə qiymətləndirilir.Bu zaman qiymətləndirmənin bütün növlərindən istifadə olunur.Biz öz layihəmizə görə qiymətləndirmə vasitələri seçərkən layihə planımızda onların şəhrini açmağa çalışdıq.Eyni zamanda qiymətləndirmə üçün vaxt qırafikləri hazırladıq. Əlavə olaraq qiymətləndirmə usullarından olan bibo və klasterdən ibrək qrafik hazırladıq.Onları qismən işləyərək öz portfoliomuzda cədvəllər qovluğunda yerləşdirdik.Sonda isə öyrəndiklərimizi blogumuzda paylaşdıq
Hiç yorum yok:
Yorum Gönder