7 Şubat 2014 Cuma

Modul 5

Biz bu gün 5-ci modul keçdik.Bu gün sualları müzkirə etdik.Mənə çox xoş oldu ki biz bu mövzuda dahada dərinləşdirdik.Sualların formaları mənə daha mükəməl şəkildə çatdı.
Sonra biz müəllim təqdimatını müzakirəyə qoyduq.Əvvəlcə bizə bəzi nümunələr göstərildi.Mən bu nümunələri əvvəlki nümunələrlə müzakirə etməyə çalışdım.Biz əvvəl müəllim təqdimatını hazırlayarkən yalnız qısa olaraq şagirdlərimizə layihələrini işləmək üçün istiqamətlər veririksə burda isə daha geniş olaraq şagirdləri daha çox məlumatlandırmaga, görəcəyi işlər haqqında daha ətraflı məlumat verməyə, eyni zamanda isə qrafikləri əlavə olaraq yerləşdirdik.İşin gedişatı və  nümunələrə baxaraq öz təqdimatımı işlədim.Sonra isə  isə görəcəyim işin qısa izahını layihə planında yazdım.Qipersikalarən verilməsi mərhələsi mənə tam aydın oldu.
Mənə tanış olsada tamda bilmədiyim mövzu googulun imkanlarından biri olan googl dok idi.Mən bilmədiyim bəzi məqamları bu gün yenidən öyrəndim.Daha çox müəllimlərimiz bu alətdən istifadə edərək öz sənədlərini daha etibarlı qoruya biləcəklər.Bu mənə daha çox gözəl təəsürat yaratdı.

6 Şubat 2014 Perşembe

Modul-4

Günün ikinci yarısı 4-cü modul keçirildi.Bu modulda əsasən qiymətləndirməyə yer verilmişdir.  Qiymətləndirmənin strategiyalarını və üsullarını iştirakçılarla müzakirə edildi.Qiymətləndirmənin üsul və vasitələrini ayırd edərək mövzumuza uyğun üsul və vasitə seçildi.Yeni versiyada qiymətləndirməyə daha geniş yer verilmişdir.Köhnə təlimimizdə adətən Şagird təqdimatı, nəşr və veb sayt qiymətləndirildiyi halda yeni versiyada isə şagird demək olar ki layihə boyu bürün mərhələlərdə qiymətləndirilir.Bu zaman qiymətləndirmənin bütün növlərindən istifadə olunur.Biz öz layihəmizə görə qiymətləndirmə vasitələri seçərkən layihə planımızda onların şəhrini açmağa çalışdıq.Eyni zamanda qiymətləndirmə üçün vaxt qırafikləri hazırladıq.  Əlavə olaraq qiymətləndirmə usullarından olan bibo və klasterdən ibrək qrafik hazırladıq.Onları qismən işləyərək öz portfoliomuzda cədvəllər qovluğunda yerləşdirdik.Sonda isə öyrəndiklərimizi blogumuzda paylaşdıq


Modul-3

Bu gün təlimimizin ikinci günü , 3-cü modulun sonudur.Bu gün də günün birinci yarısı maraqlı oldu.  Dərslər üçün standartları və məqsədləri müəyyənləşdirdi.Layihəyə əlavə etdik. Əsas Sualları  müzakirə etdik və işləyib hazırladıq. Dərslər üçün standartlar, məqsədlər və Əsas Sualları təkmilləşdirdik.Özümüzə layihə işləmək üçün mövzu seçərək,uyğun sualları seçib, layihəmizə əlavə etdik.Sonda birinci yarım günün sonunda öyrəndiklərimizi bloka əlavə etdik.Qaranliq mövzulara aydınlıq gətirildi.Suallar mövzusu mənə tam aydın oldu.Ümumi götürülsə 3 modul mənə yetəricə aydın oldu.

5 Şubat 2014 Çarşamba

Modul 1-2

  •  Intel “Gələcək üçün təhsil” təlim kursunun məqsədlərini və təlimdən gözlədiyimiz nəticələri müzakirə etdik bu təlimdə öz məqsədlərimizi cədvələ doldurduq. Təlimin əsas resursları ilə: vəsait, təhsil proqramının saytı, əlavə materiallar saytı, elektron vəsait ilə tanış olduq, Şəxsi layihələrimiz üçüm Portfolio qovluğunu yaratdıq.

  •  Portfolio_ Ad_Soyad 
  •  Əlavə _materiallar 
  •  İcazələr 
  •  Təlim_materialları 
  • Qiymətləndirmə 
  • Planlar 
  •  Şagird_nümunələri . Gmaili olmayan müəllimlər Google serverində qeydiyyatdan keçərək və elektron ünvan alaraq bloqlarımzı yaratdıq.Blokumuzun ünvanlarini təlimçimizin elektron ünvanina göndərdik. XXI-ci əsrdə şagirdlərə lazım olan bacarıqları müəyyənləşdirərək, onları quruplarda birləşdirdik.Layihələrin şagirdlər üçün əhəmiyyətini araşdırdıq.Layihə planlarına aid nümunələrlə tanış olduq.Layihə haqqında Təqdimatın və WIKI səhifəsinin yaradılması haqqında məlumatı dinlədik.Veb2 alətləri haqqında məlumat topladıq. Layihə planının yeni versiyası ilə köhnə versiyası arasındakı fərqlər və dəyişikliklər haqqında fikir mübadiləsi apardıq.Yeniqiymətləndirmə qaydaları müzakirə edildi.Qiymətləndirmə ilə əlaqəli bu lingə http://www.madad.net/intel/viewer/ baxdıq. XXI əsrdə şagirdlərə vacib olan bacarıqların formalaşdırılması problemini təhlil edərək və müasir pedaqojı ideyalarla tanış olduq. XXI əsrdə şagirdlərin uğur qazanmasına kömək etmək üçün bacarıqları, xüsusiyyətləri, vərdişləri sadaladıq. Yazdığımız xüsusiyyətləri XXI əsr bacarıqları sənədi ilə müqaisə edin. Blum taksonommiyasının yuxarı mərhələləri ilə yenidən araşdırdıq.Bu nəzəriyənin təhsil üçün önəmini mmüzakirə etdik.Sonda bu gün oyrəndiklərimizi blokumuzda yerləşdirdik.Əlavə olaraq layihə şablonunda günün məlumatlarını yazdıq